Milli Musiqi Gününə həsr olunmuş konsert

 

 

 

Naxçıvan Dövlət Filarmoniyasının Estrada orkestri Qarabağlar türbə kompleksi qarşısında 18 sentyabrMilli musiqi gününə həsr olunmuş konsert proqramı ilə çıxış edib.

Konsertdə Azərbaycan Respublikasının əməkdar artistləri Mübariz Əsgərovun Tural Nəcəfovun ifa etdikləri mahnılar alqışlarla qarşılanıb. Muxtar respublikanın əməkdar artistləri Azər Cəfərli Elçin Nağıyevin ifalarında populyar estrada mahnıları səsləndirilib.

Proqramda görkəmli Azərbaycan dünya bəstəkarlarının marş, vals, caz melodiyaları da ifa olunub.

Konsertə Azərbaycanın Əməkdar mədəniyyət işçisi Nizami Məmmədov və Elvin Əliyarov dirijorluq edib.

 

Mədəniyyət.- 2018.- 12 sentyabr.- S.3.