Adriano Çelentanonun çəkildiyi filmlər Bakıda göstərilir

 

 

 

9-13 sentyabr tarixində Bakıda məşhur italyan müğənnisi və kinoaktyoru Adriano Çelentanonun 80 illik yubileyinə həsr olunan “Adriano Çelentano açıq hava film festivalı” keçirilir.

İtaliyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşan festivalın açılışı “The Landmark” hotelbiznes mərkəzinin “Jazz club” zalında gerçəkləşib.

Mərasimdə İtaliya səfiri Auqusto Massari, azərbaycanlı sənətçilər, ölkəmizdə yaşayan italyanlarÇelentanonun yerli pərəstişkarları iştirak edib.

Tədbirdə “United Cultures” şirkətinin icraçı direktoru xanım Casagrande, Azərbaycanın Əməkdar artisti Hüsniyyə Mürvətova çıxış ediblər.

Vurğulanıb ki, Adriano Çelentanonun çəkildiyi filmlərdə İtaliyanın özünəməxsusluğu, italyan temperamentiyumoru çox gözəl əksini tapıb.

Daha sonra qonaqlar “İnadkarın ram edilməsi” filmini izləyiblər.

Festivalın proqramına Adriano Celentanonun çəkildiyi “Blef”, “Dəlicəsinə aşiq olan”, “Tuz”, “Məxmər əllər” kimi məşhur filmlər daxildir.

 

Mədəniyyət.- 2018.- 12 sentyabr.- S.2.