Qu gölü”ndə Odetta Matilda

 

 

Çinarə Əlizadə Varşavada səhnəyə çıxacaq

 

Sentyabrın 21-dən 27-dək Varşava Böyük Teatrı Milli Operasında rus bəstəkarı Pyotr ÇaykovskininQu gölübaleti nümayiş etdiriləcək.

Sentyabrın 21-də 25-də səhnə əsərində Odetta obrazını Azərbaycanın Əməkdar artisti Çinarə Əlizadə ifa edəcək. O, sentyabrın 23-də və 27-də Matilda rolunda səhnəyə çıxacaq.

Çinarə Əlizadə Moskvada doğulub. O, Natalya Nesterevanın Rəqs Akademiyasında və Moskva Dövlət Xoreoqrafiya Akademiyasında təhsil alıb. A.Adanın “Jizel”, L.MinkusunBayaderka”, “Don Kixot”, P.ÇaykovskininŞelkunçik”, “Yatmış gözəl”, S.ProkofyevinZoluşka”, D.Şostakoviçin “Qızıl əsr” və digər səhnə əsərlərində yaddaqalan obrazlar yaradıb. 2016-cı ildən Polşa Milli Baletinin birinci solistidir.

 

Mədəniyyət.- 2018.- 12 sentyabr.- S.6.