Camal Əliyev beynəlxalq festivalda iştirak edəcək

 

 

 

İngiltərənin Şimali Yorkşir bölgəsində Ripon Beynəlxalq Musiqi Festivalı başlayıb.

Azərbaycanlı violonçel ifaçısı Camal Əliyev festival çərçivəsində oktyabrın 6-da “Royal HalldaRoyal Northern Sinfoniaorkestri ilə birlikdə çıxış edəcək. Həmvətənimiz Eduard Elqarın violonçel üçün konsertini səsləndirəcək.

Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çinbaşqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlər verib. O, azərbaycanlı ifaçı olaraq ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub.

 

Mədəniyyət.- 2018.- 14 sentyabr.- S.10.