Yaradanlaryaşadanlar” layihəsinin yeni mövsümü

 

 

 

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyasının “Yaradanlaryaşadanlar” layihəsinin bu mövsümdə ilk tədbiri keçirilib.

Layihənin keçirilməsində əsas məqsəd tamaşaçı ilə canlı ünsiyyət qurmaqdır. Həmçinin Beynəlxalq Muğam Mərkəzinin foyesində heykəlləri ucaldılan sənətkarlar yad edilir, onların həyat və yaradıcılığından danışılır, eyni zamanda, onların ifalarında tarixən sevilən sənət nümunələri müasir musiqiçilərin ifasında tamaşaçılara təqdim olunur.

Layihənin AzTV-nin verilişləri sırasında öz yeri və tamaşaçı auditoriyası var. Layihənin yeni mövsümünün açılışında görkəmli bəstəkarlar Cahangir Cahangirov, Ələkbər Tağıyev, Oqtay Rəcəbov, Ramiz Mirişli, Bəhram Nəsibov və digərlərinin musiqiləri ifa olunub. Mahnıları xalq artistləri Gülyaz Məmmədova, Teyyub Aslanov, Əməkdar artist Ehtiram Hüseynov, xanəndələr Ayşən Mehdiyeva, Zabitə Alıyeva və digərləri səsləndirib. Proqramın musiqi tərtibatçısı Xalq artisti Ağacəbrayıl Abasəliyevdir.

 

 

Mədəniyyət.- 2018.- 14 sentyabr.- S.9.