Moskvada Maqomayevin xatirəsinə həsr edilmiş konsert

 

 

 

Oktyabrın 25-də MoskvadaZolotoye koltsoxalq musiqisi və mahnıları teatrında dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr edilən “Mavi əbədilik” konsert proqramı təqdim olunacaq.

Konsertdə estrada artistləri, Rusiyanın “Qolos”, “Romantika romansateleviziya layihələrinin iştirakçıları, Müslüm Maqomayev adına və “Romansiada” adlı beynəlxalq müsabiqələrin laureatları görkəmli müğənninin repertuarından əsərlər səsləndirəcəklər.

Konsert Aleksey İsaakovunBütün zamanlarda yaşayacaq adlar” layihəsi çərçivəsində reallaşacaq. Layihə çərçivəsində noyabrdekabr aylarında da Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsertlər keçiriləcək.

 

Mədəniyyət.- 2018.- 19 sentyabr.- S.6.