Məsud Əlioğlunun “Seçilmiş əsərləri” işıq üzü görüb

 

 

 

Görkəmli ədəbiyyatşünas-alim, tənqidçi Məsud Əlioğlunun “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb.

“Təhsil Nəşriyyat Evi” tərəfindən alimin 90 illiyinə nəşr edilmiş kitaba Nizami Gəncəvi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Məhəmmədhüseyn Şəhriyar, Əliağa Vahid kimi klassiklərin ədəbi irsini təhlil edən 60-dan çox məqalə və vaxtılə Hüseyn Cavid yaradıcılığına bəraət qazandırmış, fundamentalHüseyn Cavidin romantizmi” monoqrafiyası daxil edilib.

 

Mədəniyyət.- 2018.- 19 sentyabr.- S.10.