Mixail Şvıdkoy “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub

   

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Mixail Yefimoviç Şvıdkoyun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Mixail Şvıdkoy Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında səmərəli fəaliyyətinə görə təltif edilib.

 

Mədəniyyət.- 2018.- 21 sentyabr.- S.2.