Kukla TeatrıXəzərin sahilifestivalında

 

 

 

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sentyabrın 22-dən 24-dək Rusiyanın Həştərxan vilayətində keçiriləcəkXəzərin sahili” (“Kaspiyskiy bereq”) VI Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

Teatrdan bildirilib ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizi festivalda teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin rəhbərlik etdiyi yaradıcı qrup təmsil edəcək.

Kollektiv festivalda repertuarın yeni nümunəsi olanÜç cəsurtamaşaçı ilə çıxış edəcək. Mirmehdi SeyidzadəninCırtdanmənzum pyesinin motivləri əsasında Rəhman Əlizadənin səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru rus dilinə tərcümə edəni Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur.

Tamaşada rolları Rauf Babayev, Afət Ağayeva, Lina Məmmədova, Elmira Hüseynova, Adil Dəmirov və başqaları ifa edirlər.

 

Mədəniyyət.- 2018.- 21 sentyabr.- S.9.