“New Life Brass” kvintetinin konserti maraqla qarşılanıb

   

 

 

Sentyabrın 19-da Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində Rusiyanın T.Dokşitser adına “New Life Brass” kvintetinin konserti keçirildi.

Konsert proqramında V.A.MotsartınTürk marşı”, A.Şarpantyenin “Te deumprelüdü, S.ŞeydtinHərbi kansona”, İ.S.BaxınKiçik fuqa, g-moll”, C.PuççinininTurandotoperasından Kalafın ariyası digər əsərlər səsləndirildi.

Konsertin solistləri Yevgeni Quryev (truba), Maksim Ştoda (truba), Vladimir Mezentsev (valtorna), Ramil Axmadulin (trombon) Maksim Makuşev (tuba) idi.

Qeyd edək ki, dünya şöhrətli “New Life Brass” kvinteti nəfəsli alətlərdən ibarətdir. 2009-cu ildə Qnesinlər adına Rusiya Musiqi Akademiyasının tələbələri tərəfindən yaradılmış kvintet müxtəlif beynəlxalq müsabiqələr festivallarda iştirak edir. Musiqiçilərin repertuarında klassik caz janrlarında əsərlər yer alır.

Tamaşaçılar kvintetin çıxışını böyük maraqla qarşıladılar.

FARİZ

 

Mədəniyyət.- 2018.- 21 sentyabr.- S.3.