Tərcümə Mərkəzinin fəaliyyəti Belarusda qiymətləndirilib

 

 

 

Azərbaycan Tərcümə Mərkəzi dünya ədəbiyyatının məşhur əsərlərini dilimizə tərcümə etməklə yanaşı, xarici ölkələrlə ədəbi əlaqələrin qurulması sahəsində də diqqətəlayiq işlər həyata keçirir.

Bu fəaliyyətin nəticəsi olaraq mərkəzin bir qrup əməkdaşı Belarus Respublikası İnformasiya Nazirliyinin xüsusi diplomuna layiq görülüb.

Mükafat Tərcümə Mərkəzinə ədəbiyyatlararası mübadilələr istiqamətində ərsəyə gətirdiyi beynəlxalq layihələrə görə verilib.

 

 

Mədəniyyət.- 2018.- 21 sentyabr.- S.6.