Azərbaycanlı rəssamın əsərləri Normandiyada sərgilənir

 

 

 

Fransanın Normandiya regionunun Villye-Sür-Mer şəhərində keçirilən sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Nərimanbəyovanın əsərləri nümayiş olunur.

Sərgidə rəssamın “Uşaqlıq yuxuları” silsiləsindən “Qəlb”, “Xeyir-dua”, “Mələyin doğumu”, “Mexaniki məhəbbət” – ümumilikdə 8 əsəri təqdim edilir.

Rəssamın əsərləri Fransanın bir çox şəhərlərində, o cümlədən Parisin nüfuzlu rəsm qalereyalarında sərgilənib. Onun əl işləri professionallar və sənətsevərlər tərəfindən həmişə yüksək qiymətləndirilir. N.Nərimanbəyova Parisdə “Qrand Pale”də keçirilən “Art en capital” sərgisində “Adajio” diptixinə görə “TOİLE D’OR” mükafatına layiq görülüb. Bununla da o, “2016-cı ilin FransadaAvropada ən yaxşı rəssamı” statusunu qazanıb.

Qeyd edək ki, Villye-Sür-Mer şəhərində keçirilən sərgi “Stella Art International” assosiasiyası tərəfindən təşkil olunub. N.Nərimanbəyova artıq 6 ilə yaxındır ki, bu assosiasiya ilə əməkdaşlıq edir.

Sərgi sentyabrın 27-dək davam edəcək.

 

Mədəniyyət.- 2018.- 21 sentyabr.- S.5.