“Qalereya-1969”da “Sarıbaş” sərgisi

 

 

 

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə sentyabrın 27-də “Qalereya-1969”da “Sarıbaş” adlı sərgi açılacaq.

Sərgidə Qax rayonunun qədim tarixi və özünəməxsus ənənələri olan Sarıbaş kəndinə ezam olunan rəssamlar Fərhad YalquzaqNazim Məmmədovun rəngkarlıq əsərləri nümayiş etdiriləcək.

Sərginin təşkilində məqsəd kəndin təbiətini əks etdirmək, incəsənətin təsirli vasitələri ilə insanlarda bu kənd haqda təsəvvür oyatmaq, tamaşaçıların, turizm şirkətlərinin diqqətini bu qədim diyara cəlb etməkdir.

Üç gün davam edən sərgidə nümayiş olunan əsərlər ölkəmizin digər şəhər və rayonlarında da sənətsevərlərə təqdim olunacaq.

 

Mədəniyyət.- 2018.- 21 sentyabr.- S.7.