“Rəssamın gözü ilə”

 

 

 

Sentyabrın 28-də “YARAT” Müasir İncəsənət Məkanında “Rəssamın gözü ilə” layihəsi çərçivəsində növbəti tədbir Azərbaycan rəngkarlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq rəssamı Böyükağa Mirzəzadənin yaradıcılığına həsr olunacaq.

Tədbirdə rəssamın qızı, sənətşünas Ofeliya Mirzəzadə sənətkarın həyat və yaradıcılığından, pedaqoji fəaliyyətindən, işlədiyi mövzujanrlardan söhbət açacaq.

Tədbir iştirakçıları böyük portret ustadının sərgidə nümayiş olunan, əsrarəngiz rəng kompozisiyaları ilə seçilən əsərləri ilə də tanış ola biləcəklər.

 

 

Mədəniyyət.- 2018.- 26 sentyabr.- S.2.