Üzeyir musiqi dünyası gənclərin gözü ilə

 

 

 

 

Sentyabrın 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kameraorqan musiqisi zalında “Üzeyir musiqi dünyası gənclərin gözü ilə” adlı konsert proqramı təşkil olundu.

“Gənclərə dəstək” layihəsi üzrə keçirilən konsert dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr edilmiş beynəlxalq musiqi festivalı çərçivəsində gerçəkləşdi.

Konsertdə “Lumineux” ansamblının müşayiəti ilə beynəlxalq və respublika müsabiqələr laureatları, gənc ifaçılar bir-birindən parlaq musiqi əsərləri səsləndirdilər. 2016-cı ildə yaradılan ansamblın bədii rəhbəri Bakı Musiqi Akademiyası Dirijorluq kafedrasının müəllimi Naala Barateliyadır.

Konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılandı.

 

FARİZ

 

Mədəniyyət.- 2018.- 26 sentyabr.- S.3.