UNESCO ilə əməkdaşlıq məmnunluq doğurur

 

 

Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov bu təşkilatın baş direktorunun təhsil məsələləri üzrə yeni təyin olunmuş müavini Stefaniya Giannini ilə görüşüb.

A.Kərimov ölkəmizin təşkilatla texniki peşə təhsili və təlimi üzrə əməkdaşlıq etməkdə, eləcə də şəhərlərimizin UNESCO-nun “Öyrənən Şəhərlər” üzrə qlobal şəbəkəsinə qoşulmasında maraqlı olduğunu diqqətə çatdırıb, UNESCO-nun qızların təhsili üzrə Afrikanın 4 ölkəsində Azərbaycanın dəstəyi ilə həyata keçirilmiş layihələr barədə məlumat verib. Qeyd edib ki, layihələr Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.

S.Giannini təhsil sahəsində Azərbaycan-UNESCO əməkdaşlığından məmnunluğunu bildirib. Baş direktorun müavininə ölkəmiz haqqında kitablar hədiyyə edilib.

 

Mədəniyyət.- 2018.- 26 sentyabr.- S.5.