Respublika Gənclər Kitabxanasının 90 illiyi münasibətilə sərgi

 

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 21 sentyabr 2018-ci il tarixdə kitabxananın 90 illiyi münasibəti ilə “Açıq Kitabxana”, “XXI əsr Gənclər Kitabxanaları- Ənənələr, innovasiyalar. Öyrənək, öyrədək” layihələri çərçivəsində Yasamal rayonu Mikayıl Müşfiq adına bağda kitab sərgisi təşkil etdi. Sərgidə Azərbaycan və rus dillərində beş yüzə yaxın müxtəlif sahələri əhatə edən ədəbiyyatlar nümayiş etdirildi. Nümayiş etdirilən ədəbiyyatlar “Bədii Ədəbiyyat”, “İctimai-Siyasi Ədəbiyyat”, “Elm”, “İnformatika”, “İncəsənət”, “Xarici Ədəbiyyat”, “Uşaq Ədəbiyyatı” adları altında oxuculara təqdim olundu. Həmçinin, sərgidə “İnformasiya Daşıyıcıları” adı altında Azərbaycan və rus dillərində disklərə də xüsusi yer ayrıldı. Açıq havada gün ərzində davam edən kitab sərgisi yüzlərlə oxucunun, ədəbiyyatsevərlərin marağını, diqqətini cəlb etdi. Sərgiyə baxışda gənclər, tələbələr çoxluq təşkil etdi.

 

Kitab sərgisinin nümayişində Yasamal rayonu İcra Hakiyyətinin nümayədənləri yaxından iştirak etdilər. Kitabxana əməkdaşları oxucuların diqqətini çəkən istənilən kitab haqqında ətraflı məlumat verdilər və onları kitabxanaya üzv olub yüz minlərlə kitab fondundan istifadəyə dəvət etdilər. Kitab sərgisinin nümayişi zamanı onlarla oxucu kitabxanaya üzv oldular.

 

Həmçinin, sərgidə iştirak edənlərə kitabxana tərəfindən ədəbiyyatın müxtəlif sahələrinə dair hədiyyə kitablar da verildi.

 

“Açıq Kitabxana”, “XXI əsr Gənclər Kitabxanaları- Ənənələr, innovasiyalar. Öyrənək, öyrədək” layihələri çərçivəsində təşkil olunan kitab sərgiləri mütəmadi olaraq davam etdiriləcək.

 

 

Mədəniyyət.- 2018.- 26 sentyabr.- S.15.