Bir, ikibizimki!” yenə səhnədədir

 

 

Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə adına səhnəsində yazıçı-dramaturq Kamal Abdullanın “Bir, ikibizimki!” pyesi əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunub. Səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, bədii rəhbəri Akademik Milli Dram Teatrının direktoru, Xalq artisti Azər Paşa Nemətovdur.

Rollarda əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edir.

Müəllif Kamal Abdulla pyesi 5 şəkildən ibarət, bir-birini anlamaq istəyən və anlamayan, tapmaq istəyən və tapmayan iki nəfərin duyumlar dramı kimi təqdim edir.

 

 

Mədəniyyət.- 2018.- 28 sentyabr.- S.4.