Şirvan şəhərində təsviri sənət üzrə ustad dərsləri

 

 

 

Şirvan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşları Şirvan şəhərində ustad dərsləri keçiblər. Heydər Əliyev Mərkəzində təşkil olunmuş ustad dərslərindən əvvəl Şirvan Dövlət Rəsm Qalereyasının direktoru Çinarə Vəliyeva qonaqları iştirakçılara təqdim edib.

Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi Sevinc Quliyevanın milli təsviri sənətin tarixi haqqında, həmin qalereyanın əməkdaşı Əminə Manafın müasir Azərbaycan təsviri incəsənəti haqqında mühazirələri dinlənilib.

Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi, rəssam Elçin Hüseynov kətan üzərində rəsm əsəri çəkib. Şirvan qalereyasının dərnək üzvləri və digər dinləyicilər Elçin Hüseynovun mənzərə janrında işlədiyi tablonun eskizini çəkiblər.

Elçin Hüseynov tablonu Şirvan Dövlət Rəsm Qalereyasına bağışlayıb.

 

Mədəniyyət.- 2018.- 28 sentyabr.- S.7.