Fərəc Qarayevin əsəri Moskvada konsert proqramına daxil edilib

    

 

   Yanvarın 15-də P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında “Happy New Music!” adlı konsert proqramı təqdim ediləcək. Proqrama Azərbaycanın tanınmış bəstəkarı, Əməkdar incəsənət xadimi Fərəc Qarayevin iki fortepiano üçün yazdığı “Forst şəhəri üçün musiqi” əsəri də daxil edilib.

   Moskva Müasir Musiqi Mərkəzinin saytında yer alan xəbərdə bildirilir ki, əsəri “Yeni musiqi studiyası” ansamblının solistləri Mona XabaNatalya Çerkasova ifa edəcəklər.

 

Mədəniyyət.- 2018.- 5 yanvar.- S.2.