Jaramusiqi mükafatının təqdimetmə mərasimi keçiriləcək

 

 

   Jara” telekanalı musiqisevərləri 2018-ci il martın 4-də MoskvadaCrocus City HalldaJaramusiqi mükafatının təqdimetmə mərasiminə dəvət edir.

   Jara” Beynəlxalq Musiqi Festivalının “facebook” səhifəsində yayılan xəbərə görə, canlı efirdə keçiriləcək səsvermədə qalibləri ulduzlar seçəcək. Tamaşaçılar isə səslərin hesablanmasını izləyəcək.

   Tədbirdə Qriqori Leps, Valeri Meladze, Emin, Ani Lorak, A’studio, Polina Qaqarina, Nyuşa, Valeriya, Vera Brejneva, Nastya Kamenskix, “Vremya i steklo”, digər ifaçılar və musiqi qrupları iştirak edəcəklər.

 

Mədəniyyət.- 2018.- 5 yanvar.- S.4.