Uşaq musiqi məktəbinin yubiley tədbiri

 

 

   Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Arif Məmmədov adına Göyçay rayon Uşaq musiqi məktəbinin 60 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

   Regional idarənin təşkilatçılığı, Göyçay Rayon İcra Hakimiyyətinin dəstəyi ilə R.Rza adına Mədəniyyət mərkəzində gerçəkləşən tədbirdə rayon ictimaiyyəti və dəvətli qonaqlar iştirak edib.

   Mərasimdə İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edib, Arif Məmmədovun övladları Gülər İbrahimova, Sirac Məmmədov xatirələrini bölüşüb, məktəbin sabiq direktoru Nizami Rəhmanov tədris ocağının tarixindən söz açıb.

   Məktəbin şagird və müəllim kollektivi, fəxri məzunları, eləcə də Ucar, Zərdab və Ağdaş rayon uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin də qatıldığı rəngarəng konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

 

Mədəniyyət.- 2018.- 5 yanvar.- S.6.