“Aşıq musiqisi axşamları”

 

 

   Beynəlxalq Muğam Mərkəzində yeni layihə

  

   Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Aşıq musiqisi axşamları” adlı yeni möhtəşəm layihəyə start verilir.  

   Muğam mərkəzindən bildirilib ki, musiqi axşamlarında UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilən Azərbaycan aşıq sənətinin xalqımızın musiqi palitrasında tutduğu yerdən söhbət açılacaq, aşıq musiqiləri səslənəcək. Layihə çərçivəsində həmçinin Azərbaycanın görkəmli aşıqlarının həyat və yaradıcılığına həsr olunmuş gecələr təşkil ediləcək.

   “Aşıq musiqisi axşamları” layihəsi yanvar ayından may ayına qədər davam edəcək. “Koroğluya qayıdaq” adlı ilk tədbir yanvarın 12-də baş tutacaq.

   Həmçinin “Ələsgərin saz-söz dünyası”, “Zərif əllər, incə tellər”, “Aşıq Şəmşir şeiri”, “Yada salaq Aşıq Ədaləti” və “Yeni səslər, qədim havalar” adlı tədbirlərin keçirilməsi nəzərdə tutulub. Layihə Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə reallaşacaq.

   Qeyd edək ki, ötən il Beynəlxalq Muğam Mərkəzi “Muğam axşamları” adlı layihəni sənətsevərlərə təqdim edib.

 

Mədəniyyət.- 2018.- 10 yanvar.- S.3.