Gənc ifaçıların “Vokal musiqi axşamı”

 

   “Gənclərə dəstək” layihəsi çərçivəsində ilin ilk konsert proqramı yanvarın 15-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kameraorqan musiqisi zalında reallaşacaq.

   Vokal musiqi axşamı” adlı konsertdə respublikanın tanınmış gənc ifaçıları iştirak edəcəklər. Musiqili gecədə Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, dünya bəstəkarlarının əsərlərinə də müraciət olunacaq. Layihə çərçivəsində növbəti konsert sözügedən məkanda yanvarın 29-da təşkil ediləcək.

   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşən layihə çərçivəsində ötən il 30-dək konsert proqramı təqdim olunub.

 

Mədəniyyət.- 2018.- 10 yanvar.- S.2.