“Geyilməmiş ayaqqabılar” filmi nümayiş olunacaq

 

 

   Yanvarın 16-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Nizami Kino Mərkəzində “Geyilməmiş ayaqqabılar” filminin təqdimat mərasimi keçiriləcək. Film geniş tamaşaçı auditoriyasına ilk dəfə təqdim edilir.

   Qeyd edək ki, filmin ilk nümayişi 2017-ci il martın 15-də baş tutub. Gənc aktyor Rza Rzayevin ilk rejissorssenari işi olan “Geyilməmiş ayaqqabılar” filmi Qarabağ müharibəsindən bəhs edir. Filmdə yurd-yuvasından didərgin düşən və tələbə yataqxanalarında məskunlaşan məcburi köçkünlərin yaşamı təsvir olunur.

   Filmdə əməkdar artistlər Gülzar Qurbanova, Bəhruz Vaqifoğluaktyor Dəniz Həsənov rol alıb.

  

   Lalə

 

Mədəniyyət.- 2018.- 10 yanvar.- S.2.