Şelkunçikbaleti azərbaycanlı xoreoqrafın quruluşunda

 

 

   Yanvarın 8-də Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrının Primorsk səhnəsində P.ÇaykovskininŞelkunçikbaleti nümayiş etdirilib. Ayın 12-13-də daha iki dəfə nümayiş olunacaq tamaşanın quruluşçu xoreoqrafı və işıq üzrə rəssamı azərbaycanlı balet ustası Eldar Əliyevdir. Onun librettosu əsasında hazırlanan balet Marius Petipanın (1818-1910) orijinal ssenarisinə əsaslanır.

   Eldar Əliyev Bakı Xoreoqrafiya Məktəbini bitirib, 1979-1992-ci illərdə Mariinsk Teatrının aparıcı solisti olub. 2016-cı ildə teatrın Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib.

 

Mədəniyyət.- 2018.- 10 yanvar.- S.2.