Muğam televiziya müsabiqəsi qaliblərinin konserti keçiriləcək

 

   Fevralın 6-da Heydər Əliyev Sarayında 2005-2017-ci illər Muğam televiziya müsabiqəsi qaliblərinin və laureatlarının konserti keçiriləcək.

   Konsertdə xanəndələr Təyyar Bayramov, İlkin Əhmədov, Babək Niftəliyev, Ehtiram Hüseynov, Abgül Mirzəliyev, Rəvanə Qurbanova, Səbinə Ərəbli, Mirələm Mirələmov, Nigar Şabanova, Məmməd Nəcəfov, Kamilə Nəbiyeva, Sərxan Bünyadzadə, Xətai Hacıyev, Zümrüd Məmmədova, Ramiq Bayramov, Gülnar Qüdrətli, Babək Quliyev, Nisbət Sədrayeva, Məhəbbət Səfərov, Sədəf Budaqova, Almaxanım Əhmədli, Pərviz Qasımov, Rəvanə Əmiraslanlı, Səma Sultanova, Valid AbdullayevNurlan Namazov iştirak edəcəklər.

   Xanəndələri Əməkdar artist Sahib Paşazadənin rəhbərliyi ilə “Muğaminstrumental ansamblı müşayiət edəcək.

 

 

Mədəniyyət.- 2018.- 10 yanvar.- S.4.