Bülbülün yubileyinə həsr olunmuş ustad dərsi

 

 

   Bülbülün memorial muzeyində Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı İlham Nəzərovun iştirakı ilə ustad dərsi keçirilib.

   Azərbaycan professional vokal sənətinin banisi Bülbülün 120 illik yubileyi münasibətilə təşkil olunan ustad dərsinin dinləyiciləri Bülbül adına Orta ixtisas musiqi məktəbinin, İncəsənət gimnaziyasının, G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi məktəbinin, V.Mustafazadə adına 2 saylı Uşaq incəsənət məktəbinin şagirdləri olub.

   Dərs zamanı vokal ifaçılıq sənətindən bəhs edilib, şagirdlərə düzgün oxuma üsulları öyrədilib.

 

Mədəniyyət.- 2018.- 10 yanvar.- S.5.