Dinara Əliyeva Latviya Milli Opera Teatrında çıxış edəcək

 

   Yanvarın 14-də Riqada, Latviya Milli Opera Teatrının səhnəsində Cüzeppe VerdininErnanioperasının konsert ifası olacaq. Konsert-tamaşada Donna Elviranın partiyasını Azərbaycanın Əməkdar artisti Dinara Əliyeva (soprano) ifa edəcək.

   Dinara Əliyeva 2009-cu ildən Rusiya Böyük Teatrının solistidir. O, dünyanın məşhur opera teatrı səhnələrində konsert zallarında çıxış edib. 2015 2017-ci illərdə Moskvada Dinara Əliyevanın “Opera Art” beynəlxalq musiqi festivalları keçirilib. O, həmçinin Latviya Milli Opera Teatrının dəvət edilmiş solistidir.

 

Mədəniyyət.- 2018.- 10 yanvar.- S.6.