Sənətə sədaqətin üfüqləri

    

 

   Görkəmli teatrmusiqi xadimi Cəlil bəy Bağdadbəyov milli səhnə sənətinin inkişafı yolunda çox zəhmətlərə qatlaşıb. Yazıb-yaratdığı əsərlər bu günöz dəyərini itirməyib.

   Onun uşaqlıq və gənclik illəri Şuşa şəhərində teatrın, xüsusilə muğam sənətinin canlandığı vaxta təsadüf edib. Bu haqda xatirələr kitabında belə yazır: “1887-ci ildə Şuşa şəhərində anadan olmuşam. Uşaq ikən bu yerlərdə gördüyüm əyləncələr, tamaşalar, ümumiyyətlə, ictimai yığıncaqlar yaxşı yadımdadır. Şəhərin görkəmli xanəndə və aşıqları: Hacı Hüsü, Məşədi İsi, Çarıqçı Bahadır, Çəkməçi Məhəmməd, Keçəçi Məhəmməd, Qaryağdıoğlu Cabbar və başqalarının keçirdiyi el şənlikləri hələ də gözümün önündədir...”

   Cəlil bəy ibtidai təhsilini Şuşada, orta təhsilini Sankt-Peterburqda gimnaziyada alıb. Bakıya qayıtdıqdan sonra Teatr Texnikumuna daxil olur. Sonra ali teatr təhsili almaq məqsədilə Moskvaya gedir, orada Y.VaxtanqovK.Stanislavskinin bu sahədə təcrübəsini dərindən öyrənir. O, həmçinin rus dilindən savayı ərəb, fars, fransız dillərini bilirdi.

   C.Bağdadbəyov rejissor fəaliyyətinə 1920-ci ildə Bibiheybət Balaxanı teatr klublarında başlayıb. Eyni zamanda Ağdaş, Lənkəran, Şəki Şuşada fəaliyyət göstərən teatrlarda rejissor kimi çalışır.

   Azərbaycan hökuməti Orta Asiya xalqlarının mədəni inkişafına yardım etmək, istedadlı gəncləri üzə çıxarmaq məqsədilə görkəmli sənətkarlardan bir qrupunu ezam edir. C.Bağdadbəyov 1929-cu ildə Aşqabada gələrək Musiqi Texnikumunda dram kurslarına rəhbərlik edir. Türkmən dram truppasını yaradır Aşqabad teatrı üçünAulda radio” pyesini yazır. Azərbaycan dramaturqlarının əsərlərini türkmən dilinə ilk dəfə o tərcümə edir. Aşqabadda peşəkar teatrın sonradan Dövlət Opera Dram Teatrına çevrilməsində Azərbaycanın bir sıra mədəniyyət xadimləri ilə yanaşı C.Bağdadbəyovun da böyük xidməti olur. O, Tacikistanda da peşəkar teatrın bünövrəsini qoyanlardan biri olub. Bu illər ərzində o çox məhsuldar işləyir, yeni tamaşalar hazırlayır, pyeslər yazırdı. Düşənbə, Səmərqənd, Daşkənd, Kokand, Aşqabad başqa şəhərlərin teatrlarında onunBuxaranın əmiri”, “Parlayan ulduzlar s. pyesləri əsasında tamaşalar hazırlanır.

   Cəlil bəyin qızı Züleyxa Bağdadbəyova xatirələrində yazır: “Evimiz həmişə qonaq-qaralı olurdu. Orta Asiyanın sənət adamları, artistlər, rəssamlar tez-tez bizə gələrdi. Böyük masa arxasında əyləşər, çay içə-içə teatr sənət haqqında söhbət edərdilər. Belə şən mənalı keçən günlərin birində qapı döyüldü. Atam qapını açdı. Otağa dəri pencəkli papaqlı adamlar soxuldular. Onlar atama isə deyib evdə axtarışa başladılar. Anamın rəngi ağappaq oldu. Atam onu sakitləşdirdi dedi: “Özünü ələ al, bu, anlaşılmazlıqdır, hər şey yoluna düşəcək”. Çağırılmamış qonaqlar evi ələk-vələk etdikdən sonra kitab kağızları, hətta fotoalbomu da kisələrə yığdılar. Onlar atamı apardılar...”

   Sonralar məlum olur ki, C.Bağdadbəyov onunla Orta Asiyaya ezam edilən bir nəfərin yanlış ifadəsinə görə həbs edilibmiş. Uzun sürən sürgün həyatı, nəhayət, başa çatır. Ona Daşkənddə xalq komissarının müavini vəzifəsi təklif olunsa da, Bakıya getmək istədiyini bildirir. Bakıya qayıdaraq Azərbaycan Dövlət Teatr Texnikumunda müəllim işləməyə başlayır. Həmçinin rejissor kimi fəaliyyətini müxtəlif teatrlarda davam etdirir. Konsert birliyinə direktor təyin olunur. Eyni zamanda Teatr İnstitutunda mühazirələr oxuyur. Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə ona Əməkdar artist fəxri adı verilir.

   Araşdırmalarda göstərilir ki, Cəlil bəy həmçinin Şuşada keçirilən cıdır yarışları, dini ayinlər, Qarabağı dolaşan dərviş, seyid və məşhur şəxsiyyətlər haqqında maraqlı yazıların müəllifidir. O, folklorşünas kimi də tanınıb, nağıl və rəvayətləri qələmə alıb, Qarabağda xalq arasında yayılan bəzi rəvayətlərin mahiyyətini açıb.

   Zəngin yaradıcılığı ilə təkcə ölkəmizdə deyil, bir sıra türkdilli xalqların mədəni həyatında da dərin iz qoymuş Cəlil bəy Bağdadbəyov 21 aprel 1951-ci ildə vəfat edib.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2018.- 10 yanvar.- S.15.