Azərbaycanlı balet artistləri Sankt-Peterburq səhnəsində

    

 

   Yanvarın 25-26-da Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrında nümayiş etdiriləcək Adolf AdanınKorsarbaletində azərbaycanlı gənc balet artisti Timur Əsgərov da rol alacaq. Teatrın saytında yer alan xəbərə görə, “Mariinsk-2” səhnəsində təqdim ediləcək baletdə Konrad obrazını Timur Əsgərov canlandıracaq.

   T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Məktəbini (indiki Bakı Xoreoqrafiya Akademiyası) bitirib, Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında, Ukrayna Milli Opera Balet Teatrında çalışıb. 2011-ci ildən Mariinsk Teatrının truppasında fəaliyyət göstərir.

   * * *

   Yanvarın 31-də Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrının “Mariya-2” səhnəsində təqdim ediləcək Karen Le Frakın “Pavlovsk” adlı birpərdəli baletində isə həmvətənimiz Fuad Məmmədov çıxış edəcək. Baletin premyerası 2016-cı ildə olub.

   F.Məmmədov Bakı Xoreoqrafiya Məktəbinin məzunudur. Taras Şevçenko adına Ukrayna Milli Operasının artisti olub. 2013-cü ildən Sankt-Peterburq teatrında çalışır.

 

Mədəniyyət.- 2018.- 10 yanvar.- S.10.