Uzun yollar qatarıBakıdan da keçəcək

 

   İrəvan Dövlət Azərbaycan Dram Teatrının yeni ildə ilk premyerası

  

   C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı yanvarın 22-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində qırğız yazıçısı Mar BayciyevinUzun yollar qatarıəsərinin tamaşasının premyerasını təqdim edəcək.

   Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Sərvər Əliyev, quruluşçu rəssamı Vahid Mürsəliyev, bəstəkarı Çingiz Xəlilov, rejissor assistenti Tural Xəlilzadədir.

   Rollarda əməkdar artistlər Esmiralda Şahbazova, Vaqif Kərimov, aktyorlar Səmayə İsmayılova, Ruhiyyə Eyvazova, Nicat Mirzəzadə, Ceyhun Əliyev, Əmrulla Nurullayev, Şəbnəm Cəbrayılova başqaları çıxış edəcəklər.

   Qeyd edək ki, İrəvan teatrı ötən il tamaşaçılara bir neçə premyera təqdim edib.

   İftixar Piriyevin müəllifi olduğu “Qanlı qızıl toypyesi əsasında Xalq artisti Rafael Dadaşovun quruluşunda hazırlanmış eyniadlı tamaşa Şuşa şəhərinin müdafiəsi uğrunda döyüşmüş qəhrəmanlara həsr olunub. Şair-dramaturq Hidayətin “İrəvanda xal qalmadı” tarixi dramı əsasında təqdim etdiyi eyniadlı tamaşaya Nicat Mirzəzadə yeni quruluş verib. Yosef Bar-Yosefin “Qəliz adamlar” əsəri ilk dəfə teatr tərəfindən Azərbaycan dilinə tərcümə edilərək səhnələşdirilib. Əfqan yazıçısı Xalid Hüseyninin romanı əsasında “Min möhtəşəm günəş” ikihissəli dramı da 2017-ci ildə səhnələşdirilib.

   Mədəniyyət və Turizm Nazirliyi ilə yerli icra hakimiyyəti orqanlarının birgə həyata keçirdiyiBiz narkomaniyaya yox deyirik!” teatr layihəsi çərçivəsində teatrın kollektivi dekabr ayında bölgələrdə qastrol səfərinə çıxaraq Marat Haqverdiyevin “Məhəbbət və ölüm” tamaşasını təqdim edib.

 

Mədəniyyət.- 2018.- 12 yanvar.- S.7.