Qara Qarayev musiqisi Amerika radiosunun efirində

 

 

   Yaratdığı musiqilərdə həyat, insan zaman haqqında dərin fəlsəfi düşüncələri yüksək səviyyədə əks etdirən böyük bəstəkar, tanınmış alim-pedaqoq ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin bu il 100 illik yubileyi qeyd edilir.

   Prezident İlham Əliyev 17 oktyabr 2017-ci il tarixdə bununla bağlı sərəncam imzalayıb. Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında tanıdılmasında müstəsna xidmətlər göstərmiş sənətkarın yubileyi münasibətilə soydaşlarımızın yaşadığı müxtəlif ölkələrdə tədbirlər keçirilir.

   Dahi bəstəkarın 100 illiyinə töhfə olan maraqlı layihələrdən biri ABŞ-da reallaşacaq. Amerika İctimai Mediası Radiosunun dünya orqan musiqisinə həsr olunmuş “Pipedreams” proqramının baş icraçısı Michael Baronun təşəbbüsü ilə yanvarın 21-də bu proqramda ilk dəfə olaraq Qara Qarayevin əsərləri səslənəcək. Bu barədə ABŞ-da yaşayan həmyerlimiz, orqan ifaçısı Cəmilə Cavadova-Spitsberq məlumat verib.

   Radionun efirində Cəmilə Cavadova-Spitsberqin Niderlandın Rottendam şəhərindəki St.Laurens kilsəsində yazdırdığıQara Qarayev: orqan üçün köçürmələrmusiqi albomundan (CD) çıxarışlar səslənəcək. Bu çıxarışlar yanvarın 15-dən etibarən radionun internet səhifəsində yerləşdirilib musiqi həvəskarları tərəfindən hər zaman dinlənilə bilər.

   Qeyd edək ki, Qara Qarayev musiqisinin orqan alətində ifası üçün köçürmələrin müəllifi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Tahirə Yaqubovadir. Cəmilə Cavadova-Spitsberqin təşəbbüsü Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gəlmiş disk ötən il fevral ayında geniş ictimaiyyətə təqdim edilmişdi. Bu layihə sayəsində dünya orqan musiqisi həvəskarları Qara Qarayev dühası ilə tanış olmaq imkanı qazanmışdılar. Amerika İctimai Mediası Radiosunun efirində bəstəkarın əsərlərinin orqan köçürmələrində səslənməsi onlar üçün daha bir sənət töhfəsi olacaq.

  

   Lalə Azəri   

 

Mədəniyyət.- 2017.- 17 yanvar.- S.5.