Pianoçu soydaşımızın Nyu-York Universitetində mühazirə-konserti

 

 

   Fevralın 9-da Nyu-York Universitetində Azərbaycanın Əməkdar artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı Nərgiz Əliyarovanın mühazirə-konserti olacaq. Mühazirə-konsert Azərbaycan musiqisinin XX əsrin ikinci yarısından başlayaraq indiyədək olan mərhələsini əhatə edəcək. Tədbirdə Q.Qarayev, V.Mustafazadə, C.Hacıyev, A.Rzayev, A.Əlizadə, A.Məlikov, F.Əlizadə və F.Sücəddinovun əsərləri səsləndiriləcək.

 

Mədəniyyət.- 2017.- 17 yanvar.- S.8.