Rəsmlərdə “Qış nağılı”

 

 

   Yanvarın 14-də “Leyla art” studiyasında uşaq rəsmlərindən ibarət “Qış nağılı” adlı sərginin açılışı keçirilib. Sərginin kuratoru Elnurə İsgəndərova, studiyanın rəhbəri Elnarə Hüseynova və rəssam Soltan Soltanlı iştirakçıları təbrik edib, onlara uğurlar diləyiblər.

   Sərgidə paytaxtdakı rəsm dərnəklərini təmsil edən 6-16 yaşlı uşaqların yurdumuzun qış mənzərələrini əks etdirən 80-ə yaxın əl işi nümayiş olunub. Tədbirin sonunda iştirakçılar diplomla təltif ediliblər. Sərgi həm də uşaqların əyləncəsi ilə yadda qalıb.

 

 

Mədəniyyət.- 2017.-17 yanvar.- S.8.