20 Yanvarın ildönümünə həsr olunmuş tədbirlər

 

 

   Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir Dövlət Teatr MuzeyininMuzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

   Şəhidlərin yaxınları, Əməkdar memar Nəriman Əliyev və fizika-riyaziyyat elmləri doktoru Azər Nəbiyev öz xatirələrini danışıb, faciə günü gözləri ilə gördükləri amansızlıqlardan söz açıblar.

   Sonra Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət gimnaziyası şagirdlərinin ifasında şəhidlərə həsr olunmuş şeirmusiqi parçaları səslənib.

   * * *

   Yanvarın 18-də M.S.Ordubadinin xatirə muzeyində Qanlı Yanvar hadisələrinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

   Tədbirdə muzeyin direktoru Lalə Abaszadə, muzeyin əməkdaşı İradə Vəliyeva, şəhid Cavad İsmayilzadənin həyat yoldaşı Həcər İsmayılzadə, BDU-nun müəllimi, texniki fənlər üzrə fəlsəfə doktoru İslam Göyüşov və digər çıxış edənlər o qanlı hadisələrdən bəhs edib, 20 Yanvarın bugünkü və gələcək nəsillər üçün vətənpərvərlik örnəyi olduğunu bildiriblər.

   Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin üzvləri, Nərimanov rayonu 45 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdləri ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

   * * *

   Quba Turizm İnformasiya Mərkəzi (QTİM) rayon Tarix-Diyarşünaslıq muzeyi ilə birgə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirib.

   QTİM-in direktoru Murad Hacıyev, Tarix-Diyarşünaslıq muzeyinin direktoru Məryəm Hacıyeva, digər çıxış edənlər 20 Yanvar hadisələri haqqında danışaraq, Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildiriblər. Tədbirdə 20 Yanvar haqqında sənədli film nümayiş etdirilib.

   * * *

   Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü, AYB Sumqayıt bölməsi, S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsi və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Şəhidlər - Vətənin qələbə rəmzi” adlı tədbir keçirilib.

   Nizami Gəncəvi adına kitabxana-klubda “Qanlı şənbəyə gedən yol” başlıqlı tədbirdə oxuculara faciə haqqında geniş məlumat verilib.

   Sumqayıtın Tarixi Muzeyinin “Şəhidlər qalereyası” zalında “Bakı, 20 Yanvar, 1990” adlı sərgi tərtib edilib.

   Şəhər Mədəniyyət evində keçirilən tədbirdə gənc müğənnilərin ifasında mahnılar dinlənilib, rəssamlıq kursu şagirdlərinin rəsmlərindən ibarət sərgi təşkil edilib.

   Dostluq” mədəniyyət evində, F.Əmirov adına Uşaq musiqi məktəbində, Zəngilan rayon Tarix-Diyarşünaslıq muzeyində, rayon Mərkəzi kitabxanasında da 20 Yanvarla bağlı tədbirlər keçirilib.

 

 

Mədəniyyət.- 2017.- 19 yanvar.- S.2.