Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzində xeyriyyə tədbiri

 

   Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənd vilayətinin Buka şəhərindəki 15 nömrəli uşaq evində xeyriyyə tədbiri keçirib. AMM direktorunun müavini Polad Zeynalov uşaqlara Azərbaycan ilə Özbəkistan arasında dostluqdan danışıb, onlara yaxşı oxumağı və Özbəkistanın layiqli övladları olmağı arzulayıb.

   Sonra “Azərbaycan haqqında nə bilirsinizmövzusunda viktorina keçirilib və şagirdlər müxtəlif mövzularda suallara cavab veriblər, mükafatlar alıblar.

   Mədəniyyət mərkəzinin “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

 

 

Mədəniyyət.- 2017.- 19 yanvar.- S.10.