Ankarada "Türkcə Divanlar Sərgisi"

    

 

   Sərgidə Azərbaycan şairlərinin yaradıcılığına da yer ayrılacaq

  

   Türkiyə Atatürk Mədəniyyət, DilTarix Yüksək QurumuTürk Dil Qurumunun birgə təşkilatçılığı ilə yanvarın 24-də Ankarada "Türkcə Divanlar Sərgisi" açılacaq.

   Türkiyə Milli Kitabxanasının sərgi salonunda keçmişdən bu günümüzədək türkcə divan tərtib edən şairlərin 100 divanı nümayiş etdiriləcək. Sərgidə Azərbaycan şairlərinin də divanları yer alacaq.

   Ziyarətçilər sərgidə türk ədəbiyyatının mühüm mənbələrindən olan divanları bir arada görmək imkanı əldə edəcəklər. Sərgi yanvarın 26-dək davam edəcək.

 

Mədəniyyət.- 2018.- 24 yanvar.- S.2.