Azərbaycan kinosu: dünən, bu gün, sabah

 

   Məqalə resenziyalar müsabiqəsi

  

   Azərbaycan Respublikasının Kinematoqrafçılar İttifaqı Azərbaycan kinosunun 120 illik yubileyinə həsr olunmuşAzərbaycan kinosu: dünən, bu gün, sabahadlı məqalə resenziyaların müsabiqəsini elan edir.

   İttifaqdan bildirilib ki, müsabiqə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc istedadlı müəllifləri aşkara çıxarmaq məqsədilə keçirilir.

   Yaşı 30-a qədər olan bütün şəxslər müsabiqəyə məqalə və resenziyalar təqdim edə bilər. Təqdim olunan məqalə və resenziyaların hüquqları müəllifə məxsus olmalı, mətbuatda dərc olunmamalıdır. Məqalə və resenziyalar 10 səhifədən çox olmamaq şərti ilə üç nüsxədə çap olunmuş, habelə CD diskdə (şrift 12, Courier New) edilməlidir.

   Məqalə və resenziyalar mayın 25-dək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına göndərilməlidir. Müsabiqədə birinci yer tutan qalibə 1000, ikinci yerin sahibinə 750, üçüncü yerin sahibinə isə 500 manat pul mükafatı veriləcək.

 

 

Mədəniyyət.- 2018.- 24 yanvar.- S.4.