Görkəmli pianoçunun arxivi muzeyə təhvil verilib

 

 

   Azərbaycanın tanınmış pianoçusu, Xalq artisti Çingiz Sadıxovun həyat yoldaşı Ceyran xanım Sadıxova sənətkarın arxiv materiallarını Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə təhvil verib.

   Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova bildirib ki, foto, qəzet, fəxri fərmanlar, afişalar və sənətkarın yaradıcılığını əhatə edən 150-yə yaxın sənəd muzeyin fonduna daxil edilib. Yaxın günlərdə muzeydə Çingiz Sadıxovun xatirəsinə həsr edilən tədbir çərçivəsində daxil olan materiallar ziyarətçilərə təqdim ediləcək.

   Qeyd edək ki, görkəmli musiqiçi Çingiz Sadıxov 1994-cü ildən Amerika Birləşmiş Ştatlarında yaşayıb, 2017-ci il dekabrın 30-da 88 yaşında San-Xose şəhərində vəfat edib. Yanvarın 16-da Bakıda, II Fəxri xiyabanda torpağa tapşırılıb.

  

   Lalə

Mədəniyyət.- 2018.- 24 yanvar.- S.5.