Qəhrəmanlıq və iftixar tariximiz

 

 

   Bölgələrdə 20 Yanvara həsr olunmuş tədbirlər

  

   Xalqımızın tarixinə və qan yaddaşına hüzn və şərəf günü kimi yazılmış 20 Yanvarın 28-ci ildönümü ilə bağlı bölgələrdəki mədəniyyət ocaqlarında silsilə tədbirlər, anım mərasimləri keçirilib.

  

   Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Qazax rayon MKS-nin Elmar Hüseynov adına Mərkəzi kitabxanası, şəhər 1 saylı, Qazaxbəyli, N.Nərimanov qəsəbə, Yuxarı Salahlı kənd 1 və 2 saylı, Canallı, Quşçu Ayrım, Alpout, Cəfərli, Məzəm, Xanlıqlar, Dəmirçilər kənd kitabxana filiallarında 20 Yanvara həsr olunmuş tədbirlər təşkil edilib. Tədbirlərdə 20 Yanvar hadisələrini əks etdirən videoçarx nümayiş etdirilib, şəhidlərə, Vətənə həsr olunan şeirlər səslənib.

   * * *

   Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Qax rayon Mədəniyyət mərkəzində “Qəhrəmanlıq və iftixar tariximiz” adlı anım mərasimi keçirilib. Mərasimdə İ.Dağıstanlı adına Xalq teatrı üzvlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

   Oğuz rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon Uşaq inkişaf mərkəzinin şagirdləri 20 Yanvar faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya təqdim ediblər.

   Zaqatala rayon Heydər Əliyev Mərkəzində Humanitar fənlər gimnaziyası ilə birgə anım tədbirində də şagirdlər “Tarixin qan yaddaşı” adlı ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

   * * *

   Sabirabad rayon Mədəniyyət mərkəzində şəhidlərin əziz xatirəsinə həsr olunmuş tədbirdə çıxış edənlər də 20 Yanvar hadisələrini öz azadlığı, müstəqilliyi, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın tarixində şanlı səhifə kimi səciyyələndiriblər. Mərkəzin foyesində fotostendlərdən və rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət guşə yaradılıb.

   * * *

   Kürdəmir rayon Mərkəzi kitabxanasında rayon Mədəniyyət mərkəzi ilə birgə təşkil olunmuş dəyirmi masada İcra Hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli, Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elman Məmmədov, Heydər Əliyev Mərkəzinin direktoru Düriyyə Seyidova, Mərkəzi kitabxananın əməkdaşları Xalidə Məmmədova və Ərəstun Sadıqov çıxış edərək 1990-cı ilin yanvar hadisələrinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu vurğulayıblar. 1 saylı şəhər tam orta məktəbin şagirdlərinin ifasında ədəbi kompozisiya nümayiş olunub.

   * * *

   Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin əhatə etdiyi müəssisələrdən Xaçmaz şəhər Heydər Əliyev Mərkəzində "Müstəqilliyə aparan yol" mövzusunda tədbir keçirilib, Uşaq incəsənət məktəbi şagirdlərinin əl işlərindən ibarət "Qan yaddaşımız" mövzusunda rəsm sərgisi təqdim edilib.

   Quba rayon MKS-nin Mərkəzi kitabxanasında da anım mərasimi təşkil edilib, Qusar rayon uşaq incəsənət məktəbində isə 20 Yanvar faciəsinə həsr olunmuş tədbirdə rəsm və əl işləri nümayiş etdirilib, şeirlər səslənib.

   Şabran rayon Mərkəzi kitabxanasında ədəbi-bədii kompozisiya, Siyəzən rayon Mədəniyyət mərkəzində dəyirmi masa keçirilib.

   * * *

   Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Yevlax şəhər Mədəniyyət mərkəzində məktəblilərin təqdim etdiyi ədəbi-bədii kompozisiya maraqla qarşılanıb. Şəhər Tarix-Diyarşünaslıq muzeyində xatirə mərasimi təşkil olunub.

   Tərtər rayon Mədəniyyət mərkəzində, Uşaq musiqi məktəbində, Tarix-Diyarşünaslıq muzeyində şəhidlərin xatirəsi anılıb.

   Bərdə rayon Tarix-Diyarşünaslıq muzeyi ilə Rəsm qalereyasının birgə təşkilatçılığı, habelə şəhər 1 və 4 nömrəli uşaq incəsənət məktəbləri, 2 və 3 nömrəli uşaq musiqi məktəbləri, həmçinin Divanlı, Kolayır və Kətəlparaq kənd uşaq musiqi məktəblərində anım tədbirləri olub.

   Mingəçevir şəhər şəhid Fəxrəddin Qasımov adına Uşaq incəsənət, 11 illik musiqiBülbül adına uşaq musiqi məktəblərində, M.P.Vaqif adına Mərkəzi kitabxanada da tədbirlər keçirilib.

   * * *

   Ağcabədi rayon MKS-nin Mərkəzi kitabxanasının Uşaq şöbəsi tərəfindən “20 Yanvar uşaqların gözü ilə” başlığı altında uşaqların əl işlərindən ibarət rəsm sərgisi, Hindarx qəsəbə, Boyat, Kəhrizli, Biləğan, Kəbirli, Şərəfxanlı, Pərioğullar, Hacılar, Hacıbədəlli kənd kitabxana filiallarında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş tədbirlər keçirilib.

 

Mədəniyyət.- 2017.- 24 yanvar.- S.11.