Milli Kitabxanada sərgi açılıb

 

 

   Yanvarın 25-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli ədəbiyyatşünas alim, Azərbaycan uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Firidun bəy Köçərlinin anadan olmasının 155 illiyi münasibətilə sərgi açılıb. Kitabxanadan bildirilib ki, sərgidə Firidun bəy Köçərlinin əsərləri, görkəmli ədəbiyyatşünasın həyat və yaradıcılığı haqqında yazılmış kitablar, qəzet və jurnal məqalələri yer alıb.

 

Mədəniyyət.- 2018.- 26 yanvar.- S.4.