Qax Kukla Teatrı uşaqları yeni tamaşalarla sevindirəcək

 

 

   Qax Dövlət Kukla Teatrında həvəskar dramaturq Tofiq Kərimin qələmə aldığı “Quyruqsuz ulağın sərgüzəştləri” nağıl-tamaşası üzərində məşqlərə başlanılıb.

   Yeni tamaşanın quruluşçu rejissorumusiqi tərtibatçısı Yusif Abdurahmanov, rəssamı Mais Abdullayevdir. Rolları Araz Mehrablı, Azər Kərimov, Afət Yaqubova, Aynurə Abbasova və başqaları ifa edirlər.

   Teatrın baş rejissoru Yusif Abdurahmanov bildirib ki, builki mövsümdə teatrda, həmçinin Kəmalə Ağayevanın “Göyçək Fatma”, Əzizə Əhmədovanın “Tikanlı yalanlar” və Osman AbdullayevinDiş əhvalatı” əsərlərinin də səhnələşdirilməsi nəzərdə tutulur.

  

 

Mədəniyyət.- 2018.- 26 yanvar.- S.5.