Fərqanə vilayətindəki kitabxanalara ölkəmizlə bağlı nəşrlər hədiyyə edilib

 

 

   Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Fərqanə vilayətindəki Mərkəzi kitabxanayaDima Kayumov Xalq Kitabxanasına Azərbaycanla bağlı zəngin nəşr kolleksiyası hədiyyə edib.

   Təqdim olunan nəşrlər arasında dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi inkişafdan bəhs edən kitablar var.

   Kitabxanalara dahi Azərbaycan şairi Nizami Gəncəvinin Daşkənddə özbək dilində çap edilən “Xəmsə”si (Olimcon Buriyevin tərcüməsi), həmçinin Xalq şairi Camal Kamalın tərcüməsində böyük şairin özbək dilində nəşr olunan “Sirlər xəzinəsi”, “Leyli və Məcnun” poemaları, professor Əli Həsənovun "Geosiyasət" monoqrafiyası (özbək dilində), “Müasir Azərbaycan poeziyası antologiyası”, Azərbaycanın Xalq yazıçısı Anarın seçilmiş əsərlərindən ibarət "Mən, sən, otelefon" kitabı, Məhəmməd Füzulinin, Bəxtiyar Vahabzadənin əsərləri, Yunus OğuzunSultan Alp Arslan” romanı və digər nəşrlər də hədiyyə olunub.

 

 

Mədəniyyət.- 2018.- 26 yanvar.- S.5.