Ankarada azərbaycanlı xormeysterə həsr edilmiş konsert

 

 

   Tanınmış azərbaycanlı xormeyster, Əməkdar artist Elnarə Kərimovanın Türkiyədəki yaradıcılıq fəaliyyətinin 25 illiyi münasibətilə Ankarada konsert təşkil edilib. Türkiyənin Prezident Administrasiyası Simfonik Orkestr salonunda keçirilən tədbir yerli musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb.

   Elnarə Kərimova 25 ildir TRT-nin Ankara radiosunun xoruna rəhbərlik edir. O, uzun illər Bilkənt Hacettepe universitetlərində pedaqoji fəaliyyətlə məşğul olub. Xormeyster 1999-cu ildən bədii rəhbəri baş dirijoru olduğuOrfeonkamera xoru ilə bir sıra nüfuzlu beynəlxalq müsabiqənin qalibi laureatı olub.

   İncəsənət xadiminin yaradıcılıq yubileyinə həsr edilən konsert proqramında TRT-nin Ankara radiosunun xoru, İstanbul estrada caz orkestri, eləcə tanınmış solistlər çıxış edib, Azərbaycan, Türkiyə, həmçinin digər ölkələrin tanınmış bəstəkarlarının əsərləri, estrada opera musiqisi, xalq mahnıları səsləndirilib.

   Qara Qarayevinİldırımlı yollarlabaletindən parçalar, Antonio VivaldininQloriaəsəri, Türkiyənin Qara dəniz bölgəsinin dillər əzbəri olan xalq mahnıları Şeyx Şamilrəqsinin bu konsert üçün xüsusi olaraq aranjiman edilmiş estrada versiyası Elnarə Kərimovanın dirijorluğu ilə təqdim olunaraq dinləyicilərə yüksək zövq yaşadıb.

   Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov və digər rəsmi şəxslər də tamaşaçılar arasında olub.

 

Mədəniyyət.- 2018.- 31 yanvar.- S.16.