“Dünyanı tanıdır kitablar bizə”

 

 

 

Gəncə şəhər MKS-nin Uşaq şöbəsində Beynəlxalq uşaq kitabı gününə həsr olunmuş “Dünyanı tanıdır kitablar bizə” başlığı altında kitab sərgisi təşkil olunub.

Sərgidə “Nağıllar aləminə səyahət”, “Dünya ədəbiyyatından incilər”, “Sirli, sehrli nağıllar”,“Sizin sevimli yazıçılarınız” başlığı altında 100-ə yaxın uşaq kitabı nümayiş olunub.

Tədbirdə kitabxananın oxucuları, 42 və 44 saylı məktəbin şagirdləri və valideynlər iştirak ediblər.

 

Mədəniyyət.- 2019.- 3 aprel.- S.2.