Görkəmli rejissoraktyor Rövşən Almuradlı dünyasını dəyişib

 

 

 

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli rejissoraktyor Rövşən Əziz oğlu Almuradlı 2019-cu il aprel ayının 2-də ömrünün 64-cü ilində vəfat edib.

R.Almuradlının Azərbaycan teatrında, kino sənətində xidmətləri böyükdür. O, ifa etdiyi rollarla, quruluş verdiyi tamaşalarla, çəkdiyi filmlərlə Azərbaycan mədəniyyəti tarixində əbədi olaraq qalacaqdır.

Amansız ölüm onu aramızdan aparsa da, zaman keçəcək, onun bizə miras qoyub getdiyi gözəl sənət nümunələri yaddaşlardatarixin səhifələrində yaşayacaqdır.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Rövşən Almuradlının qəfil vəfatı ilə bağlı yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir, kədərlərinə şərik olur.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2019.- 3 aprel.- S.2.