Puşkinin 220 illiyinə həsr olunmuş müsabiqə davam edir

 

 

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində Rusiyanın ölkəmizdəki səfirliyi, Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin və Azərbaycanda Rus İcmasının birgə təşkilatçılığı ilə dahi rus şairi A.S.Puşkinin 220 illiyinə həsr olunmuş konsert və müsabiqənin növbəti mərhələsi keçirilib.

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin əməkdaşı, Azərbaycanda Rusdilli Təhsil Müəssisələri Assosiasiyasının sədri Lyubov Yakunina, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova giriş sözü söyləyiblər.

Bakı Dövlət Universitetinin (BDU) tələbələrinin, Bakı Slavyan UniversitetininSfera” teatrı üzvlərinin və Bakı məktəblilərinin ifalarında A.S.Puşkin poeziyasından nümunələr və musiqi  proqramı təqdim olunub.

Müsabiqə iştirakçılarının çıxışları münsiflər heyəti – Azərbaycan Yaradıcılıq Fondunun sədr müavini, Əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlı, “Rus dünyası” Fondunun BDU nəzdindəki mərkəzinin rəhbəri Arzu Məmmədova, “GünayUşaq teatrının rəhbəri Larisa Tarusova tərəfindən qiymətləndirilib.

 

Mədəniyyət.- 2019.- 3 aprel.- S.2.