“Məndə sığar iki cahan

 

 

Özbəkistanda Nəsimiyə həsr olunmuş poeziya müsabiqəsi

 

Azərbaycanda keçirilən “Nəsimi ili” ilə əlaqədar Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) “Məndə sığar iki cahan” adlı poeziya müsabiqəsi elan edib.

Müsabiqəyə Azərbaycan və Özbəkistan şairləri Nəsimi yaradıcılığına həsr etdikləri yeni şeirləri və poemaları, habelə Nəsimi dəst-xəttinə, yaradıcılıq üslubuna uyğun şeirlər təqdim edə bilərlər.

Toplanan əsərlər sonra hər iki dilə tərcümə olunaraq kitab halında çap ediləcək. Müsabiqədə Azərbaycandan və Özbəkistandan iki qalib müəyyənləşəcək və onlara AMM-in diplompul mükafatları təqdim olunacaq.

Yekunda Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti və “Kitob dunyasi” qəzetinin təşkilati dəstəyi ilə Daşkənddə “Canımı qıldım fəda...” adlı təntənəli poeziya axşamının keçirilməsi nəzərdə tutulub.

 

Mədəiyyət.- 2019.- 5 aprel.- S.2.