Aprel şəhidlərinin xatirəsi anılıb

 

  

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Aprel şəhidlərinin xatirəsi anılıb.

S.Vurğun adına Mərkəzi kitabxanada MKS-yə daxil olan kitabxanaların oxucuları arasında bədii qiraət müsabiqəsi təşkil edilib. Qaliblər fəxri fərmanla mükafatlandırılıb. Mərkəzi Uşaq kitabxanasında “Unudulmaz el yolunda canı qurban olanlar” adlı xatirə günü keçirilib.

Bülbül adına Uşaq incəsənət məktəbində Aprel döyüşlərində şəhid olan Əbdülməcid Axundovun xatirə gecəsi keçirilib. Şəhidin anası Ceyran Axundova çıxış edərək oğlu haqqında xatirələrini bölüşüb.

Sonda şəhidə həsr edilmiş “Mən səninləyəm, Ana Vətən” adlı bədii-sənədli film nümayiş etdirilib.

 

Mədəiyyət.- 2019.- 5 aprel.- S.2.